SİZİN REKLAM BURADA!
055 213 76 73


İspaniyalı təmsilçi Nebulossanın "Avroviziya 2024"də oxuyacağı "Zorro" mahnısı ilə bağlı maraqlı iddia ortaya çıxıb.

BAKU.WS xəbər verir ki, mahnının musiqisinin Xalq artisti Aygün Kazımovanın "Gecə yarı" bəstəsinə bənzərliyi nəzərdən qaçmayıb.

Belə ki, ölkənin əsas ulduzunun 7 il əvvəl oxuduğu mahnının giriş hissəsi "Zorro" ilə eynidir. Bununla bağlı sosial şəbəkədə də videolar paylaşılıb.

"Gecə yarı" mahnısınının musiqisi Tərlan Məmmədhüseynov, sözləri Azər Şirinə məxsusdur.

Nebulosso sözügedən mahnı ilə ölkəsini Malmö-də keçiriləcək beynəlxalq yarışda təmsil edəcək.

BAKU.WS
VİDEO