SİZİN REKLAM BURADA!
055 213 76 73


Türkiyədə "Aziz Mahmud Hüdayi: Aşkın yolculuğu" serialının çəkiliş meydançasında yanğın olub.

BAKU.WS Türkiyə mediasına istinadən xəbər verir ki, Rivada yerləşən çəkiliş məkanında yanğının qarşısı qısa zamanda alınıb.

Hadisə zamanı xəsarət alan olmayıb. Çəkilişlərə isə 1 günlük fasilə verilib.

Hadisəyə elektrik naqillərindəki problemin səbəb olduğu açıqlanıb.

Qeyd edək ki, serialda baş rolu aktyor Rüzgar Aksoy canlandırır.

BAKU.WS
QALEREYA