SİZİN REKLAM BURADA!
055 213 76 73


Azərbaycanlı müğənni və bəstəkar Murad Arif konsert proqramı ilə çıxış edəcək. 

BAKU.WS xəbər verir ki, musiqili proqram Heydər Əliyev Sarayında baş tutacaq.

İfaçı gecədə sənətçi hit mahnıları, sevilən duetlərini səsləndirəcək.

Yeni konserti ilə bağlı danışan sənətçi sevənlərinə xoş anlar yaşadacağını qeyd edib:

"1 ilə yaxındır ki, ilk konsertimin eyforiyasındayam. Səhnəyə hakim olan, səhnəni sevən, səhnə üçün yaradılmış biri olduğumu anlayaraq, ölkənin ən əsas səhnəsində, Sarayda ikinci konsertimə start edirəm! Həyəcanlıyam... Həyəcandan da çox, səbrsizlənirəm! Zalın mənimlə əzbər oxumasına, zalın işıqlarına və alqışlara "acam"! Bu dəfə daha inamlı, daha sərbəst və böyük enerji ilə gəlirəm! Konsertin adını hər kəsin dilində olan xitabla əlaqələndirdim. Mətbuatın, medianın dilindən də bəllidir ki, "HITMAKER" mənəm. Bunu bir daha sübut edəcəm!".

Murad Arif konserti mayın 23-də keçiriləcək.

Xatırladaq ki, bu il Novruz həftəsi çərçivəsində Naxçıvan şəhərində Bahar Festivalı keçirilib. Festivalın sonuncu günündə Murad Arif konserti təşkil olunub.

Murad Arifin gəlişi böyük bir izdiham və coşquya səbəb oldu. Ən məşhur hitlərini minlərlə insan Murad Ariflə birgə oxuyurdu. Şübhəsiz ki, bu konsert həm naxçıvanlılar həm də Murad Arif üçün ən unudulmaz təəsüratlardan biri kimi qalacaq.

BAKU.WS
VİDEO