SİZİN REKLAM BURADA!
055 213 76 73


Kolumbiyalı müğənni Şakira karyerasını keçmiş əri, futbolçu Jerar Pikeyə qurban verdiyini etiraf edib.

BAKU.WS-in xəbərinə görə, bu barədə məşhur "The Sunday Time"a müsahibəsində bildirib.

Belə ki, bu haqda fevral ayında yeddi ildən sonra ilk albomunu elan edən Şakira niyə bu qədər fasilə verməsini açıqlayan zaman danışıb.

"Pikenin futbol oynaması üçün onun yanında olmağa görə karyeramı uzun müddət dayandırdım. Mən sevgi üçün çox şey qurban verdim", - deyə Şakira vurğulayıb.

Xatırladaq ki, 46 yaşlı Şakira və 36 yaşlı Pike Pike 2010-cu ildə görüşməyə başlayıblar. İki il sonra onların ilk övladı Milan, daha iki ildən sonra isə ikinci oğlu Saşa dünyaya gəlib. 2022-ci ilin yayında müğənni xəyanət səbəbindən futbolçunu tərk edib.

Müğənni futbolçunun xəyanətini xarici səfərdən qayıdarkən evdə çiyələk mürəbbəsinin qurtardığını gördükdən sonra anlayıb.

Futbolçu heç vaxt çiyələk mürəbbəsi yemədiyi üçün Şakira artıq başqasının evdə olduğunu anlayıb. Bununla da müğənni Pikenin xəyanətindən xəbərdar olub.

Pike son olaraq Klara Çia Marti ilə birlikdə idi.

BAKU.WS