SİZİN REKLAM BURADA!
055 213 76 73


Türkiyəli müğənni Seda Sayan boşanması ilə bağlı xəbərlərə aydınlıq gətirib.

BAKU.WS "axşam.az"a istinadən xəbər verir ki, sənətçi müsahibəsi zamanı məlumatların doğru olmadığını bildirib:

"Hər yerdə Seda Sayan ilə Çağlar Öktən boşandı xəbəri var. Haradan çıxarırsınız? Hamımızın ailəsi var. Çağların bibisi zəng edib, yazıqdı. Etməyin, belə xəbərlər yazmayın. Bizim aramızda problem yoxdur çox şükür. Hələ biz 2 ilimizi qeyd edəcəyik. Hələ bir-birimizə uzaq dur deməmişik".

BAKU.WS