SİZİN REKLAM BURADA!
055 213 76 73


Türkiyənin məşhur şoumeni Cem Yılmazın yeni sevgilisinin kim olduğu məlum olub.

BAKU.WS Türkiyə mediasına istinadən xəbər verir ki, 50 yaşlı Yılmazın 37 yaşlı Necla Karahalil ilə eşq yaşadığı üzə çıxıb.

Pilates təlimçisi Necla Karahalil Cem Yılmazın günlər əvvəl paylaşdığı ayaqqabılar fotosunu sosial şəbəkə hesabında yayımladığı kadrlar arasına daxil edərək kimliyini açıqlayıb.

Karahalil instaqram hesabında "fevralda günəşim doğdu, ağzım şirinləşdi, ürəyim sevindi, ruhumu oxşandı", - deyə paylaşım edib. Cem Yılmaz isə Necla Karahalilin paylaşımına ürək emojisi qoyaraq münasibətlərini açıqlayıb.

Bildirilir ki, Cem Yılmaz bir müddət əvvəl sosial şəbəkə hesabında etdiyi paylaşımla gündəmə gəlib. O, öz ayaqqabısı ilə birlikdə hündürdaban qadın ayaqqabının fotosunu dərc edib.

Yılmazın paylaşdığı fotodakı hündürdaban ayaqqabının kimə aid olduğu maraq doğurmuşdu.

Qeyd edək ki, məşhur komedyen 2012-ci ildə aktrisa Ahu Yağtu ilə evlənib və cütlük 20 ay evli qalıb.

Onların Kemal adlı oğlu var.

BAKU.WS
QALEREYA