VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən


Müğənni Gülay Zeynallı ATV telekanalında yayımlanan "ATV maqazin 10larla" verilişinə maraqlı açıqlamalar verib.

BAKU.WS xəbər verir ki, verilişin rubrikasına uyğun olaraq Gülay Zeynallının uşaqlıqdan bu günə kimi keçdiyi həyat yolu haqqında sujet hazırlanıb. Çəkiliş heyyəti müğənninin evində olub. Atası ilə anası hələ Gülay uşaq ikən ayrıldığından onun baba himayəsində böyüdüyü, buna görə də babasına çox bağlı olduğu ortaya çıxıb. Dünyasını dəyişən babasından danışan zaman isə Gülay gözyaşlarını saxlaya bilməyib. Verilişin çəkiliş komandası ilə birlikdə müğənni babasının məzarını ziyarət edib.

Qeyd edək ki, Gülay Zeynallı qalmaqallı idmançı Kamil Zeynallının həyat yoldaşıdır. Bir müddət əvvəl Kamil Zeynallı jurnalistləri təhqir etdiyi üçün polis bölməsinə çağırılıb və Instagram səhifəsi bağlanıb. 
 
Aynur Ələkbərova
BAKU.WS