Röya Ayxanın bu mahnısı xaricdə də uğur qazandı - FOTO/VİDEO
09
yan
2024
21:36
Xalq artisti Röya Ayxanın “Tut əlimdən” mahnısı xaricdə də uğur qazanıb.
BAKU.WS xəbər verir ki, layihə Gürcüstanın Youtube Music çartına 22-ci pillədən daxil olub.
Sinql təqdim olunduğu gündən indiyə kimi Azərbaycanın “Azerbaijan Apple Music” çartında birincidir. Azərbaycan yutub trendində baxışı 4 milyon sayını keçən sinql 3 həftə 1-ci olub.
Bundan əlavə, “Tut əlimdən” Yandex Music Azərbaycan Trendində 5-ci, Shazam Azərbaycan Trendində 35-ci yerdədir.
Qeyd edək ki, mahnının musiqisi Hacı Nazimə, sözləri Sərxan Nizamioğluna məxsusdur.
Oxşar xəbərlər
Röyanın “Tut əlimdən” mahnısı yutub trendində birinci pilləyə yüksəlib - VİDEO
Xalq artisti Röya Ayxanın “Tut əlimdən” adlı yeni mahnısı Azərbaycan yutub trendində birinci pilləyə yüksəlib. BAKU.WS xəbər verir ki, dekabrın 15-də dinləyicil...