VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən


Bakıda daha iki yerüstü piyada keçidi istifadəyə verilib.

BAKU.WS xəbər verir ki, piyada keçidləri M-1 Bakı-Quba-Rusiya ilə dövlət sərhədi avtomobil yolunun 12.2-ci km-də və Bakı şəhəri, Sabunçu rayonu şəhər şossesində inşa olunub.

Keçidlərin istifadəyə verilməsi mərasimində "Azəravtoyol” ASC-nin sədr müavini Əvəz Qocayev, cəmiyyətin digər rəhbər şəxsləri, həmçinin sözügedən rayonların rəhbərliyi və ictimayyəti iştirak ediblər.

 
 
Keçidlər avtonəqliyyat vasitələrinin və piyadaların intensiv hərəkət etdiyi ərazilərdə inşa edilib.  Məqsəd həm piyadaların rahat və təhlükəsiz şəraitdə avtomobil yollarını keçməsini təmin etmək, həm də avtonəqliyyat vasitələrinin fasiləsiz və maneəsiz hərəkətini təşkil etməkdir.

BAKU.WS  xəbər verir ki, "Azəravtoyol” ASC-nin "Azəryolelmitədqiqatlayihə" İnstitutu tərəfindən hazırlanan layihəyə əsasən keçidlərin dayaqları dəmir-beton, aşırım hissələri isə metal konstruksiyadan ibarətdir. Hər ikisinin pilləkan hissədən ibarət 2 giriş-çıxışı mövcuddur.

M-1 Bakı-Quba-Rusiya ilə dövlət sərhədi avtomobil yolunun 12.2-ci km-də inşa edilən keçidin aşırım hissəsinin uzunluğu 44.8 metr, pilləkən hissəsinin uzunluğu 20 metr olmaqla, ümumi uzunluğu 64.8 metr təşkil edir. Azərbaycan Respublikasının Dövlət Tikinti Normalarına uyğun inşa edilmiş 1 aşırımlı (orta dayaqsız) keçidin qalereyasının eni 4 metr, yol səthindən hündürlüyü isə 5.5 metrdir.

Sözügedən keçidin tikintisində 65 ton metal, 280 m3 beton, 27.4 ton armatur, 60 m2 qranit və 600 m2 aqlay istifadə olunub. layihə çərçivəsində keçidin yanında vətəndaşların rahat şəkildə avtobuslardan istifadə etməsi üçün 2 ədəd dayanacaq inşa olunub.
Qeyd edək ki, keçidin tikintisinə cari ilin iyun ayında başlanılıb.

Hazırda Bakı şəhəri ərazisində 11 yerdə yeraltı və yerüstü piyada keçdilərinin inşası aparılır. Yaxın gələcəkdə zəruri olan digər ərazilərdə də yüngül konstruksiyadan ibarət piyada keçidlərinin inşası nəzərdə tutulub.
 
BAKU.WS

 

 

 

 

 

[media=