Sürücülərin nəzərinə: bu yolda geri dönmə asanlaşdı (FOTO, VİDEO)
Bakı-Ələt-Qazax-Gürcüstan dövlət sərhədi avtomobil yolunun 115-ci kilometrliyində avtonəqliyyat vasitələrinin rahat və təhlükəsiz şəkildə geri dönməsini təmin etmək məqsədi ilə "Azəravtoyol” ASC tərəfindən yeni yol hissələri salınıb.
"Azəravtoyol” ASC-nin mətbuat xidmətindən BAKU.WS-ə verilən məlumata görə, sözügedən ərazidə Bakı istiqamətinə hərəkətdə olan avtonəqliyyat vasitələrinin geri dönməsi üçün 14 metr uzunluğunda və 9 metr enində, əks istiqamətdən gələn avtonəqliyyat vasitələri üçün isə 87 metr uzunluğunda və 6 metr enində yol hissələri inşa edilib.
Yeni yol hissələrinə avtonəqliyyat vasitələrinin rahat giriş-çıxışı üçün hər bir istiqamət üzrə yeni hərəkət zolağı salınıb.
Ümumilikdə 5 min kvadratmetrdən çox sahədə əsaslı tikinti işləri həyata keçirilib. Aparılan tikinti işləri zamanı yeni hərəkət zolaqlarının kənarlarında 1.5 metr enində çiyinlər də yaradılıb. Bundan başqa suların kənarlaşdırılması üçün 20 metr uzunluğunda 2 ədəd suötürücü borular inşa edilib.
Tikinti işləri zamanı avtonəqliyyat vasitələrinin təhlükəsizliyini təmin etmək məqsədi ilə yol ayrıcına yeni əyri-xətli dəmir tirlər quraşdırılıb, hərəkətinin tənzimlənməsi məqsədi ilə zəruri olan yerlərdə yol nişanları quraşdırılıb, yol cizgi xətlərinin və yol göstərici xətlərinin çəkilişi işləri aparılıb.
Şahin Həbibov
BAKU.WS
Oxşar xəbərlər
"Sovetski"də 4 minə yaxın ev və obyekt köçürüldü
Bakının Yasamal rayonunun "Sovetski" kimi tanınan ərazisində "Azəravtoyol" ASC tərəfindən aparılan yenidənqurma və abadlıq işləri davam etdirilir. Bu barədə Tre...