VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən


Dekabrın 15-dən etibarən "Nizami” Kino Mərkəzində yeni filmlərin nümayişinə başlanılıb.

BAKU.WS xəbər verir ki, Azərbaycan dilində subtitrlərlə nümayiş olunan "Çaqqallarla dans 4” filmini rejissor Murad Şəkər komediya janrında çəkib. Filmin yaş həddi 16-da yuxarıdır.

Maddi sıxıntılar ucbatından Servet, Gökhan, Necmi və Hikmət eyni evdə yaşamağa məcbur qalırlar. Ev yoldaşlığı onlar üçün çox çətindir. Bir gün bərbər Hüseyn qardaş qəhrəmanlarımızın qarşısına bir planla çıxır.
Baş rollarda Şevket Çoruh, İlker Ayrik, Timur Acar və  Murat Akkoyunlu çəkiliblər.

"Qonşu” filminin ssenari müəllifi və rejissoru Markus Danstendir. Kinolent qorxu, triler və kriminal janrında çəkilib. Yaş həddi 18-dən yuxarıdır.
Conla Rozi xoşbəxt həyat xəyalı qururlar. Bir məsələni  bitirdikdən sonra keçmişi arxada qoyacaqlar. Amma taleyin planları başqadır.
Bir gün evə döndükdə  o, Rozinin yoxa çıxdığını anlayır. Rozinin axtarışına çıxan Con qonşunun evinə daxil olur. Orada qarşılaşdığı dəhşətlər, onun ən qorxulu kabusları ilə müqaisədə  uşaq oyuncağına oxşayır.
Baş rollarda Coş Styuart, Lyuk Edvards, Mellisa Bolona, Aleksandr Essou, Bill İnqvall, Jaklin Fleminq, Skipp Saddat, Ronni Cin Blevins, Devid Kallauey, Hezer Uilyams  çəkiliblər.
 
"Xəyali gözəllik” dramını rejissor Devid Frenkel Alan Lobun ssenarisi əsasında çəkib. Filmin sloqanı: "Hammımız bir-birimizə bağlıyıq” Yaş həddi 14-dən yuxarıdır.

Filmin baş qəhrəmanı Nyu-Yorkun reklam agentliyində çalışır. Bir müddət əvvəl, o  şəxsi həyatında baş vermiş  faciyə nəticəsində dərin depressiyaya uğrayır. Onu bu haldan çıxarmaq üçün iş yoldaşları qeyri-adi plan hazırlayırlar. Lakin,  bu plan gözlənilməyən nəticələrlə bitir.
Rollarda aktyorlar  Uill Smit, Edvard Norton, Keyt Uinslet, Maykl Penya, Helen Mirren, Naomi Harris, Kira Naytli, Ceykob Latimor, Enn Daud və  Liza Kolon- Zayas çəkiliblər.

Film azərbaycan dilində subtitrlərlə nümayiş olunur.
 
"Həddən artıq uyğunluq” filmini azərbaycanlı qadın- rejissor Ülviyyə Könül romantik komediya janrında çəkib. Yaş həddi 14-dən yuxarıdır.
Böyük hisslərdən və aldanmaqdan heç kəs sığortalanmayıb. Dünyanın hər yerində sevgi, xəyanət və yalanla qarşılaşmaq olar. Mayk və Aydan ayrı-ayrılıqda aldanılıblar.
 
Həyatlarındakı hədsiz uyğunluq onları görüşdürür və bir-birinə sevdirir. Sevgi isə məsafəyə baxmır. Əsasən də böyük sevgi. Görəsən, növbəti dəfə onlar harada görüşəcək? Bakıda yoxsa Nyu-Yorkda. Bəlkə də, heç görüşməyəcəklər.
Baş rollarda aktyorlar Tural Əsədov, Aydan Axundzadə, xalq artisti Afaq Bəşirqızı və Kamran Ağabalayev çəkiliblər.
Filmlər haqqında daha ətraflı məlumatı "Nizami” Kino Mərkəzinin facebook səhifəsindən öyrənə bilərsiniz (https://www.facebook.com/NizamiCinema?rf=hl).
 
Aytən Həsənova
BAKU.WS


 

 

 

[media