Cem Yılmazın yeni filmi bu gündən Bakının kinoteatrlarında

Cem Yılmazın yeni filmi bu gündən Bakının kinoteatrlarında
Şou-biznes 900

Dekabrın 10–dan Nizami Kino Mərkəzində Türkiyə istehsalı olan "Əli baba və 7 cücə” bədii filminin nümayişinə başlanılıb.

Mərkəzin mətbuat xidmətindən BAKU.WS-ə verilən məlumata görə, AF Media-Azərbaycan şirkətinin təqdimatı ilə nümayiş olunan "Əli baba və 7 cücə” filmini Türkiyənin məşhur komediya ulduzu Cem Yılmaz komediya və savaş janrında çəkib. Əli Şenay və qaynı İlber, bağça dizaynı üçün fiqurlar satan iki "iş adamı”dırlar. Daxili bazarda bir şey əldə etməyən cütlük, "Şenay Cüccaciye” adlı marka yaradıb xarici bazara çıxmaq üçün Sofiyada keçirilən bağça sərgisinə qatılırlar. Amma təsadüf nəticəsində böyük mafiya lideri Boris Mancovun adamları ilə üzləşən Şenay və İlber çox çətin vəziyyətə düşürlər. Macəraları da buradan başlayır. Filmdəki baş rollara Cem Yılmaz, İrina İvkina, Çetin Altay və başqaları çəkiliblər. Ziya Səccad BAKU.WS

Oxşar xəbərlər

Son xəbərlər