Artıq 2016-cı il bitmək üzrədir. Bu il bir çox sahələrdə olduğu kimi mədəniyyət və şou-biznes aləmində də bir çox hadisələrlə yadda qaldı. 

BAKU.WS xəbər verir ki, bu ildə tanınmışlar yeni mahnılarla, kliplərlə, qalmaqallarla yanaşı, şəxsi həyatları ilə də yadda qaldı. Kimlərsə ailə qurdular, kimlərsə boşandılar...
 
Bəli, başlayaq, 2016-cı ilin nişanlanan məşhurlarından:
 
Deyirlər ki, toy olacaq...
 
Bu il bir neçə tanınmış sima nişanlandı. Onlardan biri də aparıcı İlkin Həsəni oldu. Bu ilin əvvəlində ATV-də çalışan Aysel adlı xanımla nişanlanan İ.Həsəni 2017-nin martında ailə qurmağı düşünür.

  
 
Müğənni Natəvan Həbibi bu yaxınlarda nişanlandığını elan etdi. Amma nişanlısının kimliyini gizli saxladı.


Bu il nişanlanan tanınmışlardan biri də Türkiyədə yaşayan müğənni Günel Zeynalova oldu. O, Cem Ozan Torunlar adlı şəxslə nişanlandı.

  

Həmçinin müğənni Rəqsanə İsmayılovanın modelyer qızı Aysun da Türkiyə vətəndaşı Ali Tanrıkulu ilə nişanlandı.

  

Hazırda sevgilisi ilə dəli-dolu eşq yaşayan populyar müğənni Günay İbrahimlinin də bu il nişanlandığı deyilir. Hələ ki, müğənni bu xəbəri təsdiqləməyib.

  
 
Prodüser Humay Muxtarova da bu il nişanlanıb. Amma nişanlısının kimliyini gizli saxlayır. Hətta nişanında belə o, tək olub...

 
 
 
Bu il evlənən məşhurlar:

Bu günlərdə futbolçu Ruslan Abışov ailə həyatı qurdu. 


Bu ilin iyulunda isə 5 qat dünya çempionu Rafael Ağayevin toyu oldu.


Keçmiş millət vəkili, xalq şairi Sabir Rüstəmxanlının qızı Aydan isə bu ilin aprelində müğənni Elçin Cəfərova ərə getdi.

 

Aparıcı Kamran Quliyevin də bu il toyu oldu. O, Aytən adlı xanımla apreldə nikah masasına əyləşdi.


Aparıcı Azər İsmayılov ikinci dəfə ailə qurdu. O, Nəcibə adlı xanımla nikah masasına əyləşdi.


Bu günlərdə qızı dünyaya gələn müğənni Aytac Vidadiqızı Türkiyə vətəndaşı olan Can Bekirlə ailə qurub. 


Müğənni Aysel Babayeva Fərid Mehdiyev adlı rəqqasa ərə gedib.


İTV-nin aparıcısı Tamilla Şirinova avqustda Avstriyada ərə gedib. O, avstriyalı həyat yoldaşı ilə keçən il Vyanada keçirilən "Eurovision” yarışması zamanı tanış olub. 


"O səs Türkiyə” yarışmasından tanınan müğənni Leyla Rəhimova Zaur adlı şəxslə ailə qurub. Leyla hazırda Amerikada yaşayır. 


Daha bir "Eurovision” təmsilçilərimizdən olan Fərid Məmmədov da bu ilin aprelində nikah masasına oturub. 


Əməkdar artist Elxan Quliyevin oğlu, "O səs Türkiyə” yarışmasından tanınan müğənni Elgün Quliyevin də toyu bu ilə təsadüf edib.


 

Aparıcı Yelena Sidorenko da 2016-cı ilin aprelində Mehdi adlı şəxslə ailə qurub.  



Aparıcı Sima Çələbi həmkarı Firuzə Cəlilovanın qardaşı ilə ailə qurub. 


Musiqili Teatrın aktyoru Nicat Əli də 2016-cı ildə subaylığın daşını atıb. 


Səməd Vurğun adına rus dram teatrının aktrisası Mariya Dubovitskaya da restoran sahibi Ziyad Əliyevlə ailə qurub.


2016-cı ildə aparıcı İradə İsak ikinci dəfə həmkarı Yaşar İsakovla nikah masasına oturub.


Xalq artisti Firuz Əliyevin musiqiçi oğlu Əlinin də toyu bu yaxınlarda olub. 


Ötən gün isə "Bu şəhərdə” komandasının üzvü Rafael İsgəndərovun qızının toyu olub. Məcilis media nümayəndələrinə qapalı keçirilib.
 

 
2016-cı ildə ayrılan tanınmışlar:
 
Müğənni Lətifə Soyuöz 7 ildir ailəli olduğu Dəniz Soyuözlə ayrıldı. Onun bu evlilikdən Arif adlı bir oğlu var. 


İlin ən gözlənilməz boşanma xəbəri ATV-nin aparıcıları Samirə MustafayevaVaqif Aydınoğlu olub. Uzun illərdir ailəli olan cütlük boşanıb. Onların Nuran adlı bir qız övladı var. 


Rejissor Fuad Əlişov aktrisa həyat yoldaşı Sevinc Əlişovadan boşanıb. Onların üç övladı var.


Müğənni Cavid Hüseyn bəstəkar xanımı Sevinc Ağasıyevadan boşandığını bildirib. Cütlüyün iki övladı var. 


Aparıcı Nurlana Cəfərova ötən ilin mayında ailə qurduğu Türkiyə vətəndaşı Mehmetlə ayrılıb. Onlar bu ilin fevralında rəsmən boşanıblar. 


Əməkdar artist Sevda Ələkbərzadə Cənubi Azərbaycandan olan həyat yoldaşı Kamiyardan ayrılıb. Onlar 2015-ci ilin mayında ailə qurmuşdu. Müğənni bildirib ki, keçmiş əri xaricdə yaşayır, özünün isə işləri Azərbaycandadır. Buna görə də onlar ayrı ölkələrdə yaşamaq məcburiyyətindədir. 


"Eurovision” təmsilçilərimizdən olan Dilarə Kazımova da türkiyəli əri Mert Aslanlandan ayrılıb. 


Sonluğu barışıqla qurtarmaq istəyirik ki, Yeni ilimiz də barışıq, sülh, əmin-amanlıqla başlasın. Belə ki, yola saldığımız il müğənni Elton Hüseynəliyevlə, prodüser Tamilla xanım rəsmi boşansalar da, bu ilin əvvəlində yenidən barışıblar. Yeri gəlmişkən, cütlüyün iki qız övladı var. 
 

 
 
Aytən.H
BAKU.WS