2025-ci ildə hansı məşhurlar AYRILDI?
Yeniliklərdən dərhal xəbərdar olun
2025-ci il dünya şou-biznesi üçün şəxsi həyatda mühüm dəyişikliklərlə yadda qaldı. Bir çox məşhur müğənni və aktyor münasibətlərini bitirərək fanatlarını təəccübləndirdi.
Dünya ulduzları arasında diqqət çəkən ayrılıqlardan biri məşhur müğənni Oliviya Rodriqo ilə aktyor Luis Partrik arasında oldu. İki illik münasibətlər ilin sonlarında sona çatdı.
Hollywood ulduzları Nikol Kidman və Kit Urban isə 19 illik evlilikdən sonra yollarını ayırdı.
Pop ulduz Keti Perri ilə aktyor Orlando Blum da uzunmüddətli münasibətinə son qoyaraq birgə valideynlik üzrə razılığa gəldilər.
Komediya ulduzu Emi Şumer və həyat yoldaşı Kris Fişer də 7 illik evliliklərini yekunlaşdırdı.
Türkiyə şou-biznesində də bir neçə məşhur cütlük ayrılıq xəbərləri ilə gündəmə gəldi.
Aktrisa Hande Erçel və biznesmen Hakan Sabancı münasibətlərini avqust ayında bitirərək sosial mediadan bir-birlərinə aid şəkilləri sildilər.
Tanınmış aktyor Kerem Bürsin ilə Melisa Tapan Sabancı ikinci yarıda yollarını ayırdı və Bürsin daha sonra yeni bir münasibətə başladı.
"Love Island" proqramının ulduzu Ekin-Su Cülcüloğlu isə ilin əvvəlində Körtis Pritçard ilə münasibətini bitirdi.
Oxşar xəbərlər
Məşhur müğənni 25 tələbəyə 1 milyon lirə təqaüd verəcək: "Əlini daşın altına qoymalısan"
Türkiyəli müğənni Çelik 25 tələbəyə ümumi dəyəri 1 milyon lirəyə çatacaq təqaüd yardımı göstərəcəyini açıqlayıb. BAKU.WS xəbər verir ki, sənətçi Murat Dinlerin...