SİZİN REKLAM BURADA!
055 213 76 73



Azərbaycanlı məşhurlar Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın təşkilatçılığı ilə Moskvada Rusiya Azərbaycanlı Gənclər Birliyinin (AMOR) VII forumunda iştirak ediblər. 

BAKU.WS xəbər verir ki, AMOR-un VII Forumu Crocus Sərgi Mərkəzində keçirilib. 

Tədbirin iştirakçıları və qonaqları arasında Emin Ağalarov, xalq artisti Zülfiyyə Xanbabayeva, "Eurovision” təmsilçimiz Səmra Rəhimli, əməkdar artist Tünzalə Ağayeva, müğənni Xəyyam Nisanov, aparıcı Hacı Nuran və digərləri iştirak edib. Onların mərasimindən olan fotolarını isə aparıcı Hacı Nuran öz "İnstagram” bloqunda yayımlayıb.
 
Qeyd edək ki, AMOR-un sədri Leyla Əliyevanın qərarı ilə təşkilatın növbəti forumunun keçirilməsi qərara alınıb.
 
Tədbirdən olan fotoları oxuculara təqdim edirik:
 
Aysel.Ş

BAKU.WS