SİZİN REKLAM BURADA!
055 213 76 73


 

 

"Türkiyəli müğənni Murat Dalkılıç azərbaycanlı müğənnilərdən yalnız mənim ifamı bəyənib, mahnılarımı dinləyir. Səsimi çox bəyənir. O, Bakıya gələndə onunla yaxından tanış olmaq və dostlaşmaq istəyirəm”.

 

BAKU.WS xəbər verir ki, bu sözləri müğənni Miri Yusif bu gün Bakı Olimpiya Stadionunda dekabrın 31-də keçiriləcək "ƏN Yeni il” adlı konsert proqramı ilə əlaqədar keçirilən mətbuat konfransında deyib.

 

O, jurnaistlərdən birinin ona ünvanladığı "Murat Dalkılıç Bakıya gəlir. Sizinlə eyni səhnəni paylaşacaq. Bilirsiniz ki, azərbaycanlı qızlar əcnəbi sənətçilərə, xüsusilə də türkiyəli kişi müğənnilərə xüsusi rəğbət göstərir. Qorxmursunuz ki, onu sizdən daha çox alqışlayıb, diqqət göstərsinlər?” – sualına cavab olaraq belə deyib.

 

Müğənni əlavə edib ki, bu yaxınlarda Türkiyə telekanallarından birində M.Dalkılıçın müsahibəsinə baxarkən, türkiyəli həmkarının onun haqqında belə xoş fikirdə olmasını dilə gətirməsi çox xoşuna gəlib.

  

"Mən Murat Dalkılıçı qətiyyən qısqanmıram, nə də ki, paxıllığını çəkmirəm. Hətta onunla yaxından tanış olmaq istəyirəm. Konsertdə çıxış edəcək bütün türkiyəli müğənnilər dostlarımızdır” – deyə, M.Yusif sonda əlavə edib.

  

Aysel.Ş

BAKU.WS