Mübariz Mənsimov: "Suyun altında xainliklərdən, yalanlardan uzaq oluram" (VİDEO)

Mübariz Mənsimov: Suyun altında xainliklərdən, yalanlardan uzaq oluram (VİDEO)
Video
Şou-biznes 5171
"Palmali" Şirkətlər Qrupunun prezidenti Mübariz Mənsimov övladları ilə birgə görüntüsünü paylaşıb.BAKU.WS-in məlumatına görə, iş adamı oğlu və qızları ilə istirahətdə olduğu görünür. İş adamının 3 övladı var. İş adamı paylaşdığı bir videonun altına bunları yazıb: "Bəzən suyun altında olduğum zaman özümü çox xoşbəxt hiss edirəm. Çünki xainliklərdən, yalanlardan uzaq oluram. Çünki təbiyyətin gerçək üzünü görürəm və bu məni çox xoşbəxt edir". Qeyd edək ki, M. Mənsimov hazırda dünyanın ən böyük 5 dənizçilik şirkətindən biri olaraq göstərilən və illik dövriyyəsi 3 milyard dollar olan "Palmali" Şirkətlər Qrupunu 1998-ci ildə Türkiyəyə gətirib. Bu şirkətin hazırda 21 ölkədə ofisi var. Şirkətin tabeliyində 28 min nəfər təkcə dənizçilik sektorunda çalışır. Qrupun fəaliyyət sahəsindəki digər şirkətlər də hesaba qatılanda işləyənlərin sayı 45 mini keçir. ŞahinBAKU.WS

Son xəbərlər