Azərbaycanlı ifaçı İbrahim Tatlısəsin ifasını ələ saldı - VİDEO

Azərbaycanlı ifaçı İbrahim Tatlısəsin ifasını ələ saldı - VİDEO
Video
Şou-biznes 5863
Teleaparıcı Elgiz Əkbər azərbaycanlı müğənni Zemfira İbrahimovanın Türkiyə sənətçisi İbrahim Tatlısəsin qarşısında diz çöküb mahnı oxumasını müzakirə edib.BAKU.WS xəbər verir ki, bu gün ARB-nin "Səhər-səhər" proqramında qonaq olan ifaçı Elgiz Əkbərin tənqidləri qarşısında aciz qalıb. Elgiz müğənninin sözügedən görüntülərini yayımlayıb və ona üz tutaraq belə deyib: "Burdan Türkiyəyə gedib İbrahimlə görüşürsən, amma öz sənətkarımız Könül Xasıyevaya baş çəkmirsən". Zemfira 25 ildir İbrahim Tatlısəsin pərəstişkarı olduğunu və onunla görüşməyin ən böyük arzusu olduğunu deyib. Sənətçinin bu cavabı aparıcını qane etməyib: "Subyektiv fikrimi bildirirəm. Bəlkə də mənim zövqümdən asılıdır. O insanın ifası mənə çatmır. O adamın oxu tərzi mənlik deyil. Amma bu, o demək deyil ki, İbrahim Tatlısəs sənətkar deyil". Əli Mirəliyev də onun fikirlərinə qoşulub: "İbrahim Tatlısəs türk musiqisi adıyla başqa musiqilər oxuyur. Biz musiqiçilər onun nə oxuduğu bilirik. Düzdür, bizdə də onun oxumağı üçün "ölənlər" var. Amma, biz musiqiçilər ağla qaranı ayıra bilirik. Elgizin də böyük zövqü var. Ona görə də İbrahim Tatlısəsi bəyənmir. Onun ifasından araba sürənlərin xoşu gələr. O, nə türk musiqinin imperatoru, nə də kral ola bilməz". Mirəliyev Tatlısəs barədə danışarkən hətta onun ifasını ələ salıb. Xatırladaq ki, Zemfira İbrahimova İbrahim Tatlısəsin İzmirdəki şəxsi restoranında onunla görüşüb və məşhur müğənni üçün mahnı ifa edib. Tatlısəs Zenfiranın ifası qarşısında göz yaşı töküb. İfaçı isə İbrahimin xoşbəxt olması üçün orada olduğunu deyib. Qeyd edək ki, Zemfira İbrahimova 2015-ci ildə “O səs Türkiyə”yə qatılmışdı. O, Ebri Gündəşdən başqa, digər münsiflər Murat Boz, Hadisə və Gökhan-Hakanı özünə tərəf döndərməyi bacarmışdı. İbrahimova Gökhan-Hakan qardaşlarının komandasını seçmişdi. Zülfiyyə QurbanovaBAKU.WS


Son xəbərlər