Premium kinoteatr "CinemaPlus” ilk dəfə olaraq Azərbaycan dilində peşəkar dublyaj olunmuş "Hamıya qarşı” 18+  filmin nümayişinə başlayıb. 

BAKU.WS xəbər verir ki, bundan sonra yalnız xarici dildə deyil, həmçinin azərbaycan dilinə dublyaj olunmuş filmlər də nümayiş olunacaq.  

"Hamıya qarşı” filmi "Cinemazadeh” studiyasında 2016-cı ildə dublyaj olunub. Dublyajın redaktoru Xətai Əli, səs rejissoru Azad Vəliyevdir. 

Filmi Elmir Məmmədyarov, Oleq Əmirbəyov, Tural Əsədov, Zaur Şəfiyev, Kamran Ağabalayev, Xələf Cəfərov, Xətai Əli, Xumar Quluzadə, Taleh Yüzbəyov, Ofeliya Novruzqızı və başqaları səsləndirib. 
Kriminal komediya filminin rejissoru Con Maykl MakDondur. Filmdə rolları Aleksandr Skarsqard, Teo Ceyms, Tessa Tompson və Maykl Penya kimi aktyorlar oynayıb. 
Film haqqında qısa məlumat: Nyu-Yorkdan olan iki rüşvətxor polis əllərinə imkan düşən kimi qabağlarına çıxan hər kəsi sıxışdırırlar. Tale onlara bir milyon dollar qazanmaq şansı yaradır, lakin həmin şansa qəribəliklərə meyli olan ingilis lordu da iddia edir. Haqlı şikar mübarizəsində ortaqlar lordun bəzi sirlərini öyrənirlər və əvəz çıxmağa qoşulurlar. Ədalət uğrunda mübarizədə - pis polislər yeni nəsə dadmağa tələsirlər.... Lakin görün onlar ədaləti necə başa düşürlər.
 
"CinemaPlus” kinoteatrlar şəbəkəsi hər zaman sizlərə xoş sürprizlər etmək və kino tarixində olan ən yaxşı premyeralar ilə sevindirməyə hazırdır.  
 
Aytən.H
BAKU.WS

]