SİZİN REKLAM BURADA!
055 213 76 73



Prodüser Tolik (Tarix Əliyev) "İnstagram” bloqunda maraqlı paylaşım edib.
 
BAKU.WS xəbər verir ki o, xalq artisti Aygün Kazımova və müğənni Natəvan Həbibi ilə bağlı maraqlı video yerləşdirib.  Montaj edilmiş videoda sanki Tolik, A.Kazımova və N.Həbibi birlikdə oriental oynayırlar.

Tolik videoya "Yeni "A-trio” - Aygün Kazımova, Natəvan Həbibi və mən… Bilirsiniz, nə istəyirəm? 2017-ci ildə Aygün Kazımova ilə Natəvan Həbibinin bir yerdə konsertlərini təşkil edim. Düşünürəm ki, onlar mənə "yox” deməzlər. Məncə, çox maraqlı olar” – qeydini yazıb. 
Natavan şərhə "Bir şərtlə, o konsertdə sən çıxıb belə oynamalısan, təsəvvür elə”- sözlərini yazıb. 
 
Tolik isə cavabında deyib ki, təki, siz barışın, mən oynayaram, söz verirəm.
 
Aysel.Ş
BAKU.WS