VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən



Müğənni Rəqsanə İsmayılovanın anası Adilə İsmayılov əməmliyyat olunacaq. 

BAKU.WS xəbər verir ki, ifaçı bu haqda "İnstagram” bloqunda məlumat verib. 
 
O bildirib ki, anası bu gün xəstəxanaya yerləşdiriləcək:

"Allah heç kimi darda qoymasın. Başımın tacı, evimin nəfəsi anam xəstəxanaya yerləşdirilib. Üç gündən sonra əməliyyata olunacaq. Anamın əməliyyat olunmasını bilən kimi nəvələri başına yığışdı. Hazırda bu sözləri yazıram, göz yaşlarım isə dayanmır. Allah səni bizə çox görməsin, ana. Mənə çox çətindir. Övlad atadan yox, anadan yetim qalır. Mən anamsız nəfəs belə ala bilmirəm. Allahdan heç nə istəmirəm, anam sağ-salamat əməliyyat olunub, ayağa dursun. Anam - həm rəfiqəm, həm yoldaşım, sirr boxçamdı. Analarınızın qədrini bilin. Anasını, atasını atan övladlar, valideynlərinizin qədrini bilin. Sonra çox yanacaqsınız”.
 
Qeyd edək ki, Adilə İsmayılovanın nədən əməliyyat olunacağını müğənni yazmayıb.
Yeri gəlmişkən, xatırladaq ki, R.İsmayılovanın 1952-ci il təvəllüdlü, Goranboy rayon sakini olan anası Adilə Həsənova 2007-ci ildə Daxili İşlər Nazirliyi (DİN) İnsan Alverinə Qarşı Mübarizə İdarəsinin əməkdaşları tərəfindən həbs olunmuşdu. Həmçinin müğənninin 1978-ci il təvəllüdlü bacısı Ellada İsmayılova da Azərbaycandan qadınları Türkiyəyə apararaq, onların cinsi istismara məruz qoyulmasında günahlandırılırdılar.
 
Aysel.Ş
BAKU.WS