Türkiyədə Zuhal Topalın evlilik verilişinə qatılan azərbaycanlı gəlin namizəd Naz Mila ilə bağlı dəfələrlə yazmışıq.

BAKU.WS xatırladır ki, bu xanım evlilik proqramında Baha adlı oğlanla nişanlı olub. Verilişə qatılan müddətdə haqqında heç də xoş olmayan sözlər etdirən bu xanım, daha çox qalmaqalları ilə yadda qalıb.

Nişanlısı Bahadan ayrılandan sonra Bakıya gələn Naz iddia edib ki, bir daha Türkiyəyə qayıtmayacaq. Baha isə verilişə çıxaraq, Naza xəbərdarlıq edib ki, əgər bir gün ərzində Türkiyəyə qayıtmasa, özü onun arxasınca Bakıya gələcək.

"Naz, sən Türkiyəyə qayıdacaqsan. Əgər bir günə geri dönməsən, mən ora gələcəyəm. Səni bu necə gətirməyi də çox yaxşı bilirəm”, - deyə, Baha xəbərdarlıq edib.

Onu da əlavə edək ki, hazırda Bakıda olan Naz "İnstagram” bloqunda video paylaşıb. Videoda o, qəlyan çəkir. İzləyicilər onun bu videosuna xoşagəlməz şərhlər yazıblar.

Həmin görüntüləri oxuculara təqdim edirik:
 
Aysel.Ş
BAKU.WS