SİZİN REKLAM BURADA!
055 213 76 73


 
Dünən tanınmış Hollivud ulduzu Stiven Siqal Bakıya gəlib.

BAKU.WS
-in məlumatına görə, hələlik məşhur aktyorun Azərbaycana gəlməsinin səbəbi bilinmir.

Tanınmış aktyorla Azərbaycanda ilk şəkil çəkdirən isə "Miss Azərbaycan2015” müsabiqəsinin qalibi Natlia Sokolevskaya olub. O, Stiven Siqal ilə çəkdirdiyi fotonu sosial şəbəkələrdə paylaşıb.

Bir neçə dəqiqə əvvəl isə model Nuridə Əliyeva da aktyorla birgə çəkdirdiyi fotonu paylaşıb.

Qeyd edək ki, Stiven Siqal tanınmış amerikalı aktyor, senarist və musiqiçidir. Onu ən çox döyüş filmlərinin qəhrəmanı kimi tanıyırıq. O, ən çox "Təhlükəli adam” (2009),  "Mühafizəçi” (2009), "İnsanın son ümidi” (2009), "Ölümcül zərbə” (2008) və s. filmlərdən tanıyırıq.

Ziya Səccad
BAKU.WS