SİZİN REKLAM BURADA!
055 213 76 73


Müğənni və bəstəkar Murad Arif pərəstişkarlarını sevindirəcək.

BAKU.WS xəbər verir ki, sənətçi sevənləri qarşısında musiqili proqramla çıxış edəcək.

Yadda qalan ifaların müəllifinin solo konserti Heydər Əliyev sarayında keçiriləcək. 

Musiqili gecədə ifaçı pərəstişkarları üçün "Həyat yoldaşımsan", "İnşallah", "Sevdiyini söylə", "Dondurma", "Bu şəhər ikimizə dar", "Oppalara", "Mənə sən lazımsan" kimi sevilən hitlərini səsləndirəcək. 

Murad Arifin pərəstişkarlarının səbirsizliklə gözlədiyi konsert mayın 19-da baş tutacaq. 

BAKU.WS
VİDEO