VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən



Dünyanın ən məşhur televiziya şousu olan "Deal or no deal” (Türkiyədə "Var Mısınız, Yok Musunuz”) Azərbaycanda da yayımlanacaq.

BAKU.WS  xəbər verir ki, bu haqda əməkdar artist Murad Dadaşov "İnstagram” bloqunda məlumat yayıb. 

Şoumen bildirib ki, layihənin Azərbaycana gətirilməsi üçün uzun müddətdir ki, danışıqlar aparılıb və "Endomol Shine Group” ilə müqavilə imzalanıb.
 
"2003-cü ildən teleməkanda ən böyük layihələrin ilk və uğurlu təşkilatçısı olduğumuzu bilirlər. Yenə də bizə yaraşanı etdik. Televiziya mövsümünü əlamətdar hadisə ilə açırıq. Uzun sürən danışıqlar və görüşmələrin nəticəsində dünya şöhrətli "Endomol shine group”la rəsmən müqaviləni imzaladıq.
"Endomol shine group” tərkibində bir neçə böyük media şirkətini birləşdirən televiziya nəhəngidir. Dünya arenasında yüzlərlə ekran vərdişi yaradan layihələri sayəsində "reytinq ovçusu” adını qazanıb. Qarşıda bu şirkətlə bizi çox danışılacaq layihələr gözləyir. Televiziya məkanında baş tutacaq yeni layihəyə hazır olun” – deyə, şoumen qeyd edib.
 
Aysel.Ş
BAKU.WS