Röya ANS-in bağlanması haqda: “Bu kanaldan küsmüşəm”

Röya ANS-in bağlanması haqda: “Bu kanaldan küsmüşəm”
Şou-biznes 1487

Əməkdar artist Röya Ayxan ANS telekanalının yayımının dayandarılmasına münasibət bildirib. 

BAKU.WS xəbər verir ki, hazırda Parisdə istirahətdə olan müğənni "İnstagram” bloqunda xəbəri yeni eşitdiyini və üzüldüyünü bildirib:

"Eşitdim, amma inanmadım. Bu gün doğru olduğunu bildim. Hər bir halda dövlət başçımız bilən məsləhətdir, amma hər bir övladın səhvi olur. ANS-də Azərbaycan övladıdır. Baxmayaraq ki, neçə ildir mən bu kanaldan küsmüşəm, amma bir fakt var ki, orada dostlarım işləyir. Orada həyatını qoyan insanlar var. Mən əminəm ki, bu xəta, problem çözüləcək, Hər şey mütləq öz həllini tapacaq. Ən əsası sadiqlikdir. Səbrli olmaq lazımdır”.

Onu da xatırladaq ki, Milli Televiziya və Radio Şurasının yaydığı məlumatda ANS-in terrorizmin təbliği istiqamətində fəaliyyətini davam etdirməsi, Türkiyə hakimiyyətinin vəziyyətin sabitləşdirilməsi istiqamətində atdığı addımları hədəfə götürməsi, yüzlərlə insanın qətlə yetirilməsinə səbəb olan qəddar cinayətə bəraət qazandırmağa çalışması və nəticə etibarilə qardaş ölkədə vətəndaş qarşıdurmasının dərinləşməsinə yönələn addımlar atdığı üçün bağlandığı qeyd olunur.

 

BAKU.WS

Oxşar xəbərlər

Sevil və Sevinc bacılarının adı yeni qalmaqalda: "Ay millət, böyük zibilsiniz?"

Sevil və Sevinc bacılarının adı yeni qalmaqalda: "Ay millət, böyük zibilsiniz?"

"S-Twins” qrupunun üzvləri, Sevil və Sevinc Səfərova bacılarının adı daha bir qalmqalda hallanımaqdadır. BAKU.WS xəbər verir ki, "İnstagram”da müğənnilərin fan...

3604 Şou-biznes 12:22 21 iyul 2016

Son xəbərlər