ANS-in Gülənlə müsahibəsindən sonra Ərdoğandan sərt açıqlama (VİDEO)
Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan dünya mediasına səslənib.
BAKU.WS Türkiyə mediasına istinadən xəbər verir ki, ölkə başçısı ötən gün keçirdiyi mitinqdə bunları deyib:
"Ey dünya mediası, sizə səslənirəm, bizə yaxın və uzaq olan ölkələrin media qurumlarının məsul şəxslərinə səslənirəm. ABŞ-da qoşa qüllələrə terror hücumu zamanı, bir dövlətin media qurumunun nümayəndəsi Ben Ladendən müsahibə alsaydı buna necə baxardınız? İndi ABŞ-da 400 kv.m ərazidə məskunlaşan terroçu ilə, Türkiyədə qiyama cəhd edən biri ilə gedib reportaj hazırlayanlara qarşı bizim münasibətimiz necə isti ola bilər?".
Xatırladaq ki, Milli Televiziya və Radio Şurasının yaydığı məlumata əsasən ANS terrorizmin təbliği istiqamətində fəaliyyətini davam etdirməsi, Türkiyə hakimiyyətinin vəziyyətin sabitləşdirilməsi istiqamətində atdığı addımları hədəfə götürməsi, yüzlərlə insanın qətlə yetirilməsinə səbəb olan qəddar cinayətə bəraət qazandırmağa çalışması və nəticə etibarilə qardaş ölkədə vətəndaş qarşıdurmasının dərinləşməsinə yönələn addımlar atdığı üçün müvəqqəti olaraq bağlanıb.
BAKU.WS
Oxşar xəbərlər
TƏCİLİ: MTRŞ ANS-lə bağlı iclas keçirir
Milli Televiziya və Radio Şurasında (MTRŞ) iclas keçirilir. BAKU.WS "Report"-a istinadən məlumat verir ki, iclasda ANS Müstəqil Yayım və Media Şirkətinin yayım...