18 illik həyat yoldaşından danışan Semiramis Pekkan: "Biz tanış olanda o evli idi"
Yeniliklərdən dərhal xəbərdar olun
Məşhur müğənni Ajda Pekkanın bacısı Semiramis Pekkan şəxsi ilk dəfə şəxsi həyatı ilə bağlı danışıb.
BAKU.WS xəbər verir ki, o həyat yoldaşı Ercüment Karacan ilə tanış olarkən onun evli olduğunu bildirib.
Semiramis Pekkan qeyd edib ki, Ercümenti çox sevir, bu səbəbdən evli də olsa ondan ayrılmır.
"Mən çox aşiq idim. Biz 7 il sonra evləndik. İlk dəfə tanış olanda mənə iki vacib cümlə dedi. Mənə evli olduğunu söylədi. Mən də ona bunun mənim üçün əhəmiyyətli olmadığını bildirdim. Çünki mən ona çox aşiq idim. Daha sonra isə mənə boşanacağını dedi. Ona bildirdim ki, bu da mənim üçün əhəmiyyətli deyil. Mən rahat idim. Çünki onun evliliyi mən onun həyatına girməzdən əvvəl bitmişdi. Sonra biz evləndik və bir övladımız oldu. Xoşbəxt bir evliliyimiz oldu. Onunla 18 il yaşamaq mənim üçün 8 universiteti bitirməkdən daha gözəl idi".
Ətraflı videoda:
Oxşar xəbərlər
17 yaşında ailəsinə qarşı aclıq aksiyası keçirib: "38 kiloqrama düşdüm"
Məşhur aktrisa Demet Evqar gənclik illəri ilə bağlı etiraf edib. BAKU.WS xəbər verir ki, aktrisa qatıldığı televiziya proqramında konservatoriyaya girə bilmək...