SİZİN REKLAM BURADA!
055 213 76 73



"Əli və Nino” filmində Nino obrazını canlandıran aktrisa Mariya Velverdenin sözügedən ekran işinin təqdimatı ilə əlaqədar Bakıda olması haqda xəbər vermişdik.

BAKU.WS xəbər verir ki, aktrisa "Facebook” profilində paytaxda gəzintiyə çıxdığını yazıb. 

O, "Torqovı”nı gəzərkən "Əli və Nino” filminin plakatları ilə rastalşıb. Şəklini çəkərək, prfilində paylaşıb.

Şəkilə "Bakı küçələrini gəzərkən belə bir mənzərə ilə rastlaşdım. Mənim üçün çox maraqlı oldu, təsirləndim. Onu da əlavə edim ki, Bakıda məni olduqca mehriban, xoş qarşıladığınız üçün hamınıza bir daha təşəkkür edirəm”. 

Yeri gəlmişkən, oxucularımıza ötən gün "CinemaPlus” kinoteatrında "Əli və Nino” filminin qəhrəmanları ilə keçirilən görüşdən olan fotoları təqdim edirik.

Xatırladaq ki, oktyabrın 5-də "Gənclik Mall” Ticarət mərkəzinin 3-cü mərtəbəsində yerləşən "CinemaPlus” kinoteatrında "Əli və Nino” filminin yaradıcı kollektivinin iştirakı ilə mətbuat konfransı keçirilib. 
 
Tədbirdə aktrisa Mariya Valverde, prodüser Kris Tikye, ssenari müəllifi Kristofer Hempton, aktyorlar – Azərbaycanın əməkdar artisti Mehriban Zəki, həmçinin Numan Akar, Pərviz Məmmədrzayev, Cümşüd Zeynalov iştirak edib.

Aytən Həsənova
BAKU.WS