SİZİN REKLAM BURADA!
055 213 76 73


 

 
İyul ayında Xəzər sahilində müasir premium kinoteatr açılır. Yeni "CinemaPlus” adlanan kinoteatr Amburan  Bilgəh qəsəbəsində "Amburan Mall” ticarət mərkəzinin 1-ci mərtəbəsində yerləşir.

"Cinemaplus" Amburan  164 yerdən  və 3 zaldan ibarətdir. Kinoteatrın zalları İspaniya istehsalı olan yüksək keyfiyyətli rahat  kreslolarla  təchiz edilmişdir. Həmçinin "CinemaPlus” Amburan kinoteatrında Master İmage 3D texnologiyası tətbiq olunur.

Bundan əlavə VİP zalda tamaşaçılar şəxsi masalı kreslolarda film izləmək, kinoseans zamanı qida və içkilər sifariş edə bilərlər.
 

 

Kinosevərlərə unudulmaz anlar və mükəmməl istirahət bəxş etmək yalnız bununla bitmir. Təbii ki, əla film izləmək və bu istirahətdən həzz almaq popkorn  və sərin içkilərsiz mümkün deyil. Belə ki, burada rahat və xoş istirahət üçün geniş çeşidə malik   popkorn, şəkər pambığı və buzlu alkaqolsuz kokteyllər də təklif olunur.
Qeyd etmək istəyirik ki, Gəncədə, Azərbaycanın ikinci ən böyük şəhərində "CinemaPlus” kinoteatrının açılışı keçirilib. Kinoteatr Nizami 8 ünvanında, "Xəmsə Park” Ticarət Mərkəzinin 4-cü mərtəbəsində yerləşir. 
 

 

Həmçinin "CinemaPlus” 28 Mall,  Azadlıq prospekti 45 ünvanında, 28-mall Ticarət mərkəzinin 5-ci mərtəbəsində yerləşir. 

Daha ətraflı məlumat üçün İOS və Android əməliyyat sistemli smartfonları üçün yeni "CinemaPlus” mobil əlavəsini yükləyin.