Məşhur "Əli və Nino” filmi tezliklə kinoteatrlarda nümayiş olunacaq. 

BAKU.WS axşam.az-a istinadla xəbər verir ki, bu haqda ekran işində rol alan aktrisa Cəmilə Tağızadə xəbər verib. 

O bildirib ki, ekran işini payız mövsümündən sonra kinoteatrlarda izləmək mümkün olacaq. 
C.Tağızadə filmdə Ninonun rəfiqəsi obrazını canlandırıb. 

Ekran işində eyni zamanda Fəxrəddin Manafov, Pərviz Bağırov, Mehriban Zəki, Qurban İsmayılov, Pərviz Məmmədrzayev, Rasim Cəfər, Dəniz Tacəddin, Xumar Səlimova, Cümşüd Zeynalov, Küşvər Şərifova, Aydın Əliyev, Nigar Güləhmədova, Bəhruz Vaqifoğlu, Kamran Ağabalayev, Tural Əhməd, Cövdət Şükürov rol alıb. 
Filmdə Türkiyyənin məşhur aktiyoru Halit Ergenç Fətəli Xan Xoyiski obrazını canlandırıb. Nino obrazını isə məşhur aktrisa Mariya Valverde oynayıb.

"Əli və Nino" filminin ssenari müəllifi britaniyalı yazıçı, ssenarist və kinorejissor, "Oskar” mükafatı sahibi Kristofer Hempton, prodüseri Kris Tikye, rejissoru isə Asif Kapadiyadır. 
Qeyd edək ki, filmin icraçı prodüseri Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevadır.
 
BAKU.WS