SİZİN REKLAM BURADA!
055 213 76 73


Park Cinema-da "Sevda mecburi istikamet" adlı filmin qalası baş tutub.

BAKU.WS xəbər verir ki, "Park Cinema Flame Towers"da təşkil edilən premyerada ekran işinin baş rolları Selçuk Yöntem, Kubilay Aka və Selin Şekerci də iştirak edib.

Selçuk Yöntem film haqqında danışıb: "Burda olduğumuz üçün, filmimizi sizinlə bölüşdüyümüz üçün çox xoşbəxtik. Filmdə insanları həm əyləndirəcək, həm də hüzünləndirəcək məqamlar var. İzlədikdən sonra nədən bəhs etdiyimi daha yaxşı anlayacaqsınız".

Kubilay Aka isə Bakı haqqında təəssüratlarını bölüşüb: "Bizi çox gözəl qarşıladınız. Bakıda ilk dəfədir oluram və şəhərinizi, insanlarınızı çox sevdim. Həqiqətən də sanki, başqa ölkəyə yox, qonşu şəhərə gəlmişik".

Bir tərəfi azərbaycanlı olan aktrisa Selin Şekerci, "Bizi yenə çox yaxşı qarşıladınız, bura hər gəldiyimdə özümü qonaq kimi deyil, sizdən biri kimi hiss edirəm, buna görə hər birinizə təşəkkür edirəm. Ümid edirəm filmimizi çox bəyənərsiniz", - deyə qeyd edib.

Qala gecəsi Park Cinema kinoteatrı tərəfindən Yunus Əmrə İnstitunun Bakı nümayəndələyinin dəstəyi ilə baş tutub.

Qeyd edək ki, Qala gecəsi 19 yanvar tarixində baş tutub. "Sevda Mecburi İstikamet" filmi yarımçıq qalan hekayəsini tamamlamaq üçün qızı ilə səyahətə çıxan məşhur aktyorun hekayəsindən bəhs edir. "Yeşilçam"ın uğurlu aktyorlarından olan Selim film çəkilişləri zamanı tanış olduğu Sevda ilə eşq yaşayır. Cütlüyün münasibəti tezliklə evliliyə çevrilir və cütlüyün Suna adlı bir qızı olur. Həyatlarında hər şey yolunda getdiyi anda Sunaya autizm diaqnozu qoyulur. Tamamilə işinə qərq olmuş Səlimin həyatı Sevdanın xəstəlik xəbərini alanda dəyişir. Sevdanın ölümü ilə Səlim hər şeyi tərk edir və hekayəsini artıq yetkin olan qızı Suna ilə tamamlamağa çalışır.

Məlumat üçün bildirək ki, məşhur aktyor Selçuk Yöntem "Kurtlar Vadisi" və "Aşk-ı Memnu" kimi reytinqli layihələrdə yaddaqalan obrazlar yaradıb.

Zöhrə Pənahi
BAKU.WS
VİDEO

QALEREYA