SİZİN REKLAM BURADA!
055 213 76 73


Türkiyəli məşhurların Bakıya gəlişinin ardı-arası kəsilmir.

BAKU.WS xəbər verir ki, bu dəfə türk pop musiqisinin sevilən ifaçısı Yalın paytaxta təşrif buyurub.

Anadolu Events-in təşkilatçılığı ilə reallaşan konsertdə sənətçi sevənlərinə unudulmaz gecə yaşadıb. Bakı Konqres Mərkəzində pərəstişkarları üçün populyar ifalarını səsləndirən müğənnini canlı orekstr müşayiət edib.

Yalın səhnədə “Her şey sensin”, “Küçücüğüm”, “Yeniden”, “Tatlıyla balla”, “Benimki”, “Sesinde aşk var”, “Yaz gülü”, “Keyfi yolunda aşkı sonunda” kimi sevilən kompozisiyalarını səsləndirib.

Konsert zamanı musiqisevərlər bütün mahnıları sənətçi ilə birgə ifa ediblər. Musiqili gecədə Yalın pərəstişkarları ilə söhbət də edib. 18 ildir, müğənnilik fəaliyyəti ilə məşğul olan ifaçı bu anı səbirsizliklə gözlədiyini etiraf edib:

“İllərdir, bu anı gözləyirəm. Bu gün konsertdə iştirak etdiyiniz üçün hər birinizə təşəkkür edirəm. Qeyd etdiyim kimi, uzun zamandır ki, bu anı gözləyirdim. İllər sonra ilk dəfə Bakıda konsertə gəlirəm. İstəyirdim, burada qarşınızda musiqili proqramla çıxış edim. Amma bəzi səbəblərdən alınmırdı.

Musiqi karyerama başladığım ildən ilk dəfədir ki, Bakıya konsertə gəlirəm. 2004-cü il idi. İndi isə 2022-ci ildir. Aradan 18 il keçib. Əgər 18 il əvvəl Bakıya gəlsəydim, daha gənc və aktiv görünərdim. Həqiqətən də, çox illər keçib. Bakıya gələn kimi məni ilk hava limanında qarşıladılar. Çox səmimi və mehriban qarşılanma idi. Buna görə də hər kəsə təşəkkür edirəm”.

Yalını görmək üçün Bakı Konqres Mərkəzinə axın edən fanatları izdiham yaradıblar. Onlar musiqili proqramda iştirak edə bilmək üçün minimum 45, maksimum isə 500 AZN-dən keçiblər.

BAKU.WS
VİDEO

QALEREYA