Rəqqasə Fatimə Fətəliyeva təqdimata hazırlaşır.

BAKU.WS xəbər verir ki o, "Cəngi” adlı rəqsinə çəkdirdiyi klipinə təqdimat mərasimi keçirəcək.

"Bu təqdimat həm də mini-konsert xarakteri daşıyacaq. Gecədəf bir neçə rəqsimi də təqdim  edəcəyəm. Gecəyə həmçinin sənətçi dostlarımı da dəvət etmişəm. Düşünürəm ki, klip təqdimatını fərqli gerçəkləşdirəcəyəm” – deyə, F.Fətəliyeva deyib.
 
Qeyd edək ki, təqdimat sentyabrın 15-də Rəşid Behbudov adına Mahnı Teatrında olacaq.
 
Klipin rejissoru Nail Naiboğludur.

Aytən.H
BAKU.WS