SİZİN REKLAM BURADA!
055 213 76 73


Bu gün Xalq artisti Ağadadaş Ağayevin övladının xeyir işidir.

BAKU.WS xəbər verir ki, sənətçinin oğlu Seymur Ağayev subaylığın daşını atır. O sevib-seçdiyi xanımla ilə qurur.

Cütlüyün toyu paytaxtın dəbdəbəli məkanlarından birində keçirilir. Toyda Ağayevin ailə üzvləri, yaxınları, dostları ilə yanaşı bəzi sənət nümayəndələri də iştirak edirlər.

Xalq artisti övladının toyunu Əməkdar artist Nüşabə Ələsgərli idarə edir.

Sənətçinin övladının şad günü mətbuata qapalı keçirilir. Bu səbədən də toydan görüntülər çəkmək istəyən media nümayəndələri içəri buraxılmayıb.

İfaçının övladının toyundan görüntüləri “star xəbər” səhifəsi yayıb.

Məlumat üçün bildirək ki, Ağadadaş Ağayev iki dəfə ailə qurub. Onun 5 övladı var.

Zöhrə Qurbanzadə
BAKU.WS
VİDEO

QALEREYA