13,99%-dən ZAMİNSİZ, KOMİSSİYASIZ NAĞD KREDİT

"16 il Lider Lalə oldum. 2014-cü il "Lider tv"də ən çox izlənən verilişlərdən biri həftənin 7 günü canlı yayımlanan "Sizin Səhhət" proqramım idi. Özümü tərifləmirəm, amma mənim qədər çalışan və verilişə çəkilən olmayıb".

BAKU.WS xəbər verir ki, bu sözləri aparıcı Lalə Mustafayeva sosial şəbəkə hesabında yazıb. 8 il əvvəlki fotosunu paylaşan aparıcı çox çalışdığı üçün şəxsi həyatına vaxt ayıra bilmədiyini deyib. Buna görə də həyat yoldaşı vəfat etdikdən sonra evlənməyib:

"12 verilişim olub. İlin 350 gününü işdə keçirirdim. Sonra deyirlər, niyə keçmiş həyat yoldaşın vəfat etdikdən sonra yenidən ailə qurmadın? Çünki ayaqda qalmaq üçün çalışırdım və işləməyə davam edirəm. İlk dəfə televiziyaya 1998-ci ildə gəldim və Aztv-də işləməyə başladım.

2003 ildən 16 il Lider TV-də (6 verilişim olub), sonra Xəzər TV-də (2 verilişim olub), Dünya TV-də (2 müsabiqəm olub), Space TV-də (2 proqramım olub). İndi isə fəaliyyətimi aktrisa kimi seriallarda davam etdirirəm".

Xatırladaq ki, Lalə Mustafayeva müsahibələrindən birində sadəcə bir dəfə ailə həyatı qurduğunu və ərinin vəfat etdiyini deyib. Aparıcının həyat yoldaşı 9 il əvvəl dünyasını dəyişib.

BAKU.WS