Hande Erçelin 3 yaşlı bacısı qızı xərçəngdən müalicə olunur - FOTO

Hande Erçelin 3 yaşlı bacısı qızı xərçəngdən müalicə olunur - FOTO
Şou-biznes 197

Türkiyənin məşhur aktrisası Hande Erçelin influenser bacısı Gamze Erçelin qızının səhhətində problem yaranıb.

BAKU.WS Türkiyə mediasına istinadla xəbər verir ki, 2.5 yaşlı Aylin Mavin xərçəngdən müalicə olunur.

Mətbuatda yayılan xəbərlərdən sonra Gamze Erçel qızının sağlamlıq vəziyyəti ilə bağlı açıqlama verib.

Xəbəri təsdiqləyən Erçel "Şokdan çıxdıq, qızımız Mavinin müalicəsinə başladıq", - deyə sosial şəbəkə hesabında bildirib.

Qeyd edək ki, Hande və Gamzenin anası da eyni xəstəlikdən dünyasını dəyişib.

Oxşar xəbərlər

Son xəbərlər