SİZİN REKLAM BURADA!
055 213 76 73


 


 

2016-cı il "Formula 1” Avropa Qran Prisi çərçivəsində Bakıda konsert verən məşhur müğənni Kris Braun ABŞ-ın Los-Anceles şəhərində bir qadını odlu silahla təhdid etdiyi üçün polis tərəfindən saxlanılıb.

BAKU.WS xarici mətbuata istinadən xəbər verir ki, ifaçıya qarşı artıq cinayət işi açılıb. Qeyd edək ki, Kris Braun 2009-cu ildə keçmiş sevgilisi Rihannanı döydüyü üçün gündəmə gəlmişdi. 

Onu da əlavə edək ki, K.Braun bu ilin iyununda Bakıda keçirilən "Formula 1” yarışları çərçivəsində Dənizkənarı Milli Parkda konsert vermişdi. 
Həmçinin Enrike İqlesias, Farell Vilyams və Roberto Kel Torres də öz çıxışları ilə "Formula 1” həvəskarlarını çoşdurmuşdu.
 
Aysel.Ş
BAKU.WS