SİZİN REKLAM BURADA!
055 213 76 73


 

Məşhur amerikalı müğənni Kris Braun "Formula -1” Avropa Qran-Prisinin konsert proqramında çıxış etmək üçün Bakıya gəlib.

BAKU.WS AzVision.az-a istinadən xəbər verir ki, dünya ulduzu sosial şəbəkədəki hesabında Bakıdan ilk fotolarını paylaşıb.

Qeyd edək ki, Kris Braun bu gün axşam saat 20:00-da özünün enerjili məşhur şousu ilə möhtəşəm musiqi və idman həftəsonuna rəng qatacaq. 

Amerikalı müğənni, bəstəkar və rəqqas trekdə yarışın ilk günü sona çatdıqda, minlərlə Formula 1 azarkeşinin qarşısında özünün "Yeah3x”, "Look At Me Now” və "Beautiful People” kimi məşhur hitlərini ifa edəcək. 

Qeyd edək ki, konsertlərə giriş ödənişsizdir və bu proqramda ancaq Avropa Qran Prisinə bilet alanlar iştirak edə biləcəklər.
 
BAKU.WS