SİZİN REKLAM BURADA!
055 213 76 73


 
Bakıda keçirilən Formula-1 Avropa Qran-prisi çərçivəsində "Billionaire Club"-un təşkilatçılığı ilə üç gün parti keçirilib. 
 
BAKU.WS məlumat verir ki, partidə əsas sürprizlərdən biri Dj Magnumun möhtəşəm çıxışı olub. Müxtəlif rəqs şouları, rəngarəng səhnə geyimləri gecəyə daha da rəng qatıb. 
 
20 cazibədar modelin iştirak etdiyi əsrarəngiz gecəyə məşhur simalardan Enriki İqlesias, Kris Braun və Farel Uilyams qonaq qismində qatılıblar. 
 
Partidə iştirak edən məşhur simalar, tanınmış iş adamları və modellər öz təssüratlarını sosial şəbəkələrdə bildiriblər.
 
Qeyd edək ki, "Billionaire Club" artıq bir neçə müddətdir ki, fəaliyyət göstərir. Dünyanın müxtəlif ölkələrində təşkil olunan bu möhtəşəm partiyə əsasən tanınmış iş adamları, məşhur simalar, dünya ulduzları, modellər, "Formula1"-in pilotları qatılırlar. 
 
BAKU.WS