VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Müğənni İradə İbrahimova sosial şəbəkədə yeni paylaşıb.

BAKU.WS xəbər verir ki, sənətçi instaqram hesabında həyat yoldaşı olan iş adamı Ceyhun İzerlə səmimi fotosunu bölüşüb. İbrahimova paylaşımına bu sözləri də əlavə edib:

“Hər dəfə dönüb geriyə baxınca Allahın münasibətimizi yönləndirdiyini, bizi bir araya gətirdiyini açıq-aydın görə bilirəm. Allaha yoluma sənin kimi bir insanı çıxardığı üçün minnətdaram. Birlikdə, bizi bir-birimizə bağlayan ürək ağrısı da yaşadıq, qəhqəhə ilə də güldük... Amma nə zaman içim sıxılınca, azca hüzur axtarsam, o dəqiqə özümü sənin yanına park edirəm. Həyatım səninlə, övladlarımla, yuvamla doldu. Allah iki şeyi bizdən ayırmasın. Bərabər duran diş fırçalarımızı, ürəkdən gələn hüzurlu dua və şükürlərimizi”.

Xatırladaq ki, sənətçi həyat yoldaşı və iki övladı ilə uzun illərdir Türkiyədə yaşayır. 

BAKU.WS