VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Əməkdar artist Aybəniz Haşımova sosial şəbəkədə yeni paylaşım edib.

BAKU.WS xəbər verir ki, sənətçi şəxsi instaqram hesabında yazdığı statusunda sənətdə köməklik etdiyi şəxsin onun əməyini itirdiyini və heç bir yerdə adını çəkmədiyini bildirib:

"Sənətə gəldiyim gündən kimin iynənin ucu qədər üzərimdə haqqı varsa, hələ də çıxışlarımda qeyd edir, adlarını fəxrlə çəkirəm. Çünki onların yox, mənim fəxrimdir ki, məni dəyərləndirib, qiymətləndirib, fərqləndiriblər. Onların təcrübələri sayəsində nəyisə götürə bilmişəmsə, özümdə də onu tətbiq edə bilmişəmsə, bu mənim əvəzsiz xəzinəmdir. Şəxslərinə isə bir ömür boyu minnətdarlıq borcum var.

Dünən vaxtilə özümlə bərabər efirə çıxmağında, tanınmağında, bilmədiyi əsərləri öyrətdiyim, köməyim dəydiyi bir xanım sənətdə ona kömək edənlərin hamısının adını çəkir. Amma bir dönüb demir ki, bu insan məni öz verilişlərində əlimdən tutub çəkdirib. Özü də AzTV-nin, hələ-hələ çoxlarının orada görünə bilmədiyi dövrdə ən baxımlı verilişinə çıxartdırıb bu insan məni. Yaxşı ki, lent yazıları məndə durur. Əslində o insanın mənə yox, özünə nə qədər pislik etdiyindən xəbəri belə yoxdur. Nankorluq dünyanın ən ağır günahıdır. Bunu unutma, insan oğlu!"

BAKU.WS