Aktrisa Nəzakət Məmmədova həmkarı Çimnaz Sultanovadan danışıb. 

BAKU.WS xəbər verir ki, "Kanal S"də yayımlanan verilişlərdən birinə qonaq olan aktrisa Sultanovanın geyim tərzini və yutubda nümayiş olunan "Çimnazla yataqda" layihəsini bəyənmədiyini deyib:

"Aktrisa adını çox ləkələyirlər. Əvvəla, geyimləri ilə... Vacib deyil ki, aktrisa orasını-burasını açıb özünü tamaşaçıya nümayiş etdirsin. Nə məcburdur? Özü də bunu elə yaşda edirlər ki... Gənc də deyillər ki, deyəsən, bədən quruluşu buna icazə verir. Bir də var ki, artıq 50 yaşındadır, amma özünü seks simvol kimi göstərir, mənim bundan xoşum gəlmir. Çimnazın çəkildiyi "Çimnazla yataqda" verilişi heç xoşuma gəlmədi. İnsan hər hansı bir qonağının yataqda qarşılamır ki... Buna ehtiyac yoxdur".

BAKU.WS
VİDEO