VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Müğənni Dilarə Kazımovanın yeni klipi başına bəla olub.

BAKU.WS xəbər verir ki, sənətçi "Şourum" verilişinə müsahibəsi zamanı yeni təqdim etdiyi "Xarizma" mahnısının klipini yutub platformasının qəbul etmədiyini açıqlayıb:

"Bizim yutubla problemlər çıxdı. Klipin baxış sayı bütün platformalarda aşağıdır. Türkiyəyə dostlarıma zəng vurdum. Baxdılar, dedilər, yutubda elə bir klip yoxdur. Halbuki, klip yutubdadır, amma görünmür. Beonsa, Şakiraya baxanda onlar açıq-saçıq kliplər çəkdirirlər. Kiməsə olar, kiməsə olmaz. İndi biz "Youtube"dan cavab gözləyirik. Bilmirik, onlar niyə belə ediblər".

Qeyd edək ki, estrada ulduzu sözləri və musiqisi Fidan Alivaya məxsus “Xarizma” mahnısını bir müddət əvvəl ekranlaşdırıb. Sənətçinin layihəsi üzərində böyük heyət çalışıb. Sözügedən klip üçün ümumilikdə 15 min dollar (təxminən 25 min 500 AZN) xərclənib.

BAKU.WS
VİDEO