Elnurla Fidan dünyaya çağırış edib, yeni kliplərini təqdim etdilər (VİDEO)
12
mar
2018
12:39
Uzun müddətdir səhnələrdən ilim-ilim itən, səsi sorağı qardaş Türkiyədən gələn, Avroviziya təmsilçimiz, O səs Türkiyə müsabiqəsinin qalibi Elnur Hüseynov gənc və istedadlı vokalçı Fidan Hüseynova ilə əl-ələ verib, yeni layihələri ilə şou biznesin sükutunu pozdular.BAKU.WS xəbər verir ki, Elnur istedadalı vokalçı Fidan Hüseynova ilə bir araya gəlib, onunla birgə duet oxuduğu "Say Hallelujah" mahnısını ekranlaşdırdı. Bəstənin ekran həlli məşhur rejissor Ülviyyə Könülə həvalə olunub.
Elnurun duet ortağı balaca şirin-şəkər, gözəl səsə malik Fidanı hər kəs dünya şöhrətli müğənni Lara Fabianın Bakıdakı konsertində tanıdı. O, Lara ilə birgə "Je töm" mahnısını səsləndirmişdi. Balaca qızcığazın ecazkar səsi isə, Lara Fabianı şoka salıb, özünə heyran qoymuşdu. Həmiçinin, Fidan Hüseynovanın adı Azərbaycan gənc istedadlarının "Qızıl kitabı"na daxil edilib. 2016-cı ildə Azərbaycan Respublikasının Prezindenti cənab İlham Əliyevin sərəncamı ilə vokalçı Fidan, xüsusi aylıq təqaüdə layiq görülüb.
Elnurla balaca Fidanın ifa etdikləri "Say Hallelujah" əsəri, dünyanı idarə edən güvvələrə bir mesajdır. Bu mesajın rolu isə dünyadan yalnız haqq, ədalət və əmin-amanlıq istəyidir. Mahnının sözləri Azərbaycan Yazıçılar Birliyini (AYB) üzvü, şair Cəlal Qurbanova aiddir. "Körpələrin səsi" adlanan şeir öncə öz ana dilimizdə yazılıb. Daha sonra şairə Nigar Həsənzadə sözügedən şeiri ingilis dilinə tərcümə edib.Bu şeirə isə Elnur Hüseynov mahnı bəstələyib. Bu əsərin ingilis dilində yazılması heçdə təsadüfi deyil. Beləki, layihənin müəllifi Cəlal Qurbanovun öz məqsədi var: "Qoy nə düşündüyümüzü dünya da bilsin. Qoy bizi dünya da tanısın. Qoy görsünlər ki, bizim istəyimiz, məramımız yalnız sülh və yalnız əmin-amanlıqdır".Əsərin müəllifləri əli silahlı dünyaya müraciət edirlər. Müharibə edənə, torpaqları işğal edənə, terror edənə belə çağırış edirlər:Ölüm saçan güllələri dayandırın bir anda. Körpələrin gülüşündən, Çələng hörək bu dünyada Bəstənin əsas təsir gücü-güvvəsi ideyadadır. İdeya isə, bu bəşəri sözlər, körpələrin dilindən səslənir:Toxunmayın yuvamıza, isti yuva istəyirik. Ata, Ana sevgisi, sığal qucaq istəyirik. Elnurla Fidanın layihələrinə dəstək olmaq üçün şou biznesin bir çox məşhur simaları və sənət adamları gecəyə təşrif buyurdular. Daha sonra onlar media əhli ilə bir araya gəlib sözügedən layihəyə çəkilmiş klipi bərabər seyr etdilər.Peşəkarlıqla yanaşı həmdə zövqlə ərsəyə gələn ekran əsəri hər kəs tərəfindən çox bəyənildi və yüksək qiymətləndirildi. Gecənin qəhrəmanları Elnurla Fidan "Say Hallelujah" bəstəni canlı-canlı ifa edib, qonaqları gözəl səsləri ilə feyziyab etdilər.Hüseynovun daha sonra dilə gətirdiyi arzu istəyi qonaqları sözün əsl mənasında çaş baş qoydu. Sənətçi onu dəstəkləməyə gələn həmkarları xalq artisti Aygün Kazımovaya, əməkdar artist Tünzalə Ağayevaya, əməkdar artist Sevda Ələkpərzadəyə, Azərbaycana Avroviziya sevinci bəxş edən Nigar Camala və populyar müğənni Samir Cavadzadəyə səslənərək, onlara duet təklifi etdi:"Layihəmizin adı da “Biz ailəyik” olsun. Çünki hər yerdə yazırlar ki, bizimkilər bir-birini qırır. Qoy bu layihə ilə bilsinlər ki, biz əslində ailəyik. Duetdən sonra birgə konsert də verə bilərik”. Tədbirdə iştirak edən sənətçilər isə, Elnurun bu təklifinə "Hə" cavabı verərək onu alqışlara qərq ediblər.Gecənin sonunda isə məşhurlar yenidən bir araya gəlib gecənin qəhrəmanları Elnur və Fidanla xatirə şəkilləri çəkdiriblər. Elnur Hüseynovla Fidan Hüseynovanın "Say Hallelujah" bəstəsinə çəkdirdikləri klipi həmçinin təmtərahlı təqdimat gecəsində yaşanan özəl görüntüləri sizə təqdim edirik:Rəşad Əliyev BAKU.WSOxşar xəbərlər
Çingiz Mustafayev yeni mahnısını təqdim edib - VİDEO
Tanınmış müğənni Çingiz Mustafayev qrupu "Palmas"la birgə yeni mahnısını təqdim edib.Belə ki, uzun müddətdir özünə vaxt ayırıb, sakitliyə çəkilən sənətçi, bu if...