SİZİN REKLAM BURADA!
055 213 76 73


Aktrisa Cəmilə Tağızadə koronavirusa yoluxub. 

BAKU.WS xəbər verir ki, aktrisa bu haqda özü bildirib. Cəmilənin oğlu da koronavirus olub:

"Bütün dünya COVID-19 ilə vidalaşanda biz oğlumla virusa yoluxduq. Yaman axmaq xəstəlikdir. Yeni yoluxanda bir həftəni çox ağır keçirdik. Hazırda isə, demək olar ki, bir az yaxşıyıq. Ümid edirəm, fəsadları qalmaz".

Qeyd edək ki, Cəmilə 2017-ci ildə Murat Temiz adlı türkiyəli həkimlə ailə həyatı qurub. Onların bu evlilikdən Abdullah Cəsur adlı bir oğul övladı var.

BAKU.WS