Polad Bülbüloğlu Şuşada müğənnilərlə rəqs etdi - VİDEO

Şuşa şəhərində "Şuşa Şəhəri Dövlət Qoruğu İdarəsi"nin yaradılmasının bir illiyi və Azərbaycan peşəkar vokal sənətinin banisi Bülbülün anadan olmasının 125 illiyi münasibəti ilə möhtəşəm konsert proqramı təşkil edilib.
BAKU.WS xəbər verir ki, tədbirdə bir sıra tanınmış incəsənət adamları iştirak ediblər. Onlar arasında Xalq artistləri Polad Bülbüloğlu, Faiq Ağayev və başqa müğənnilər olub.
Mərasim zamanı Faiq Ağayev sevilən ifalarını səsləndirib. Polad Bülbüloğlu Ağayevin ifasında mahnılardan birinə qol qaldıraraq oynayıb. Həmin anlar sosial şəbəkələrdə yayılıb.
Sənətçilər arasında müğənnilər Zamiq Hüseynov, Samir Cavadzadə, Çinarə Məlikzadə, Mirələm Mirələmov da olublar.
Oxşar xəbərlər
Polad Bülbüloğlu Şuşada Bülbülün ev muzeyinin həyətində məşq edir - VİDEO
Bu gün Azərbaycan Musiqi Mədəniyyəti Dövlət Muzeyində Azərbaycan peşəkar vokal məktəbinin banisi, görkəmli müğənni, SSRİ Xalq artisti Bülbülün anadan olmasının...
