SİZİN REKLAM BURADA!
055 213 76 73



"Məni yalnız sevgi depressiyaya sala bilər. Şəxsi həyatımda heç kim olmasa da, özümü xoşbəxt hiss edirəm. İki gözəl qızım böyüyür, valideynlərim yanımdadır. Heç kimi sevmirəm. Ən yaxşısı tək qalmaqdır. Tək olanda əsəblərim pozulmur”.

BAKU.WS xəbər verir ki, bu sözləri "ATV maqazin onlarla” verilişinə "Eurovision-2011”in qalibi, müğənni Nigar Camal şəxsi həyatı haqqında danışarkən deyib. 
İfaçı söhbət əsnasında bəyəndiyi kişi tipindən də danışıb:

"Mənim üçün kişinin çox yaraşıqlı olması vacib deyil. Əsas yaxşı insan olmasıdır. Mənə hörmət etsin və diqqət göstərsin. Ən əsası da dostum olsun. İncəsənət nümayəndəsi ilə nə sevgili olaram, nə də evlənərəm. Uşaqlıqda Antonio Banderası sevirdim. İndi qocalıb, bəyənmirəm”.

Qeyd edək ki, bir müddət öncə müğənninin yüksək vəzifəli məmurun oğlu ilə sevgili olduğu və sevgilisinin qohumları tərəfindən döyüldüyü barədə xəbərlər yayılmışdı.

BAKU.WS