SİZİN REKLAM BURADA!
055 213 76 73


Müğənni Aysel Əlizadə yeni paylaşımı ilə diqqət çəkib. 

BAKU.WS xəbər verir ki, verilişlərdən birinə gedən sənətçi sosial şəbəkədə yeni video yayımlayaraq paytaxtdakı tıxacdan şikayətlənib:

"Formula qurtarsaydı, tıxaclardan canımız qurtatardı. Avtomobilimi dünyanın o biri başında saxlamışam, bu görünüşdə də gəzirəm. Camaat da baxıb deyir, nə olub günün günorta çağı bu qız bəzənib, belə makiyaj edib. Nəysə ki gəlib çatdım".

Qeyd edək ki, Aysel Əlizadə uzun illərdir, Türkiyədə yaşayır. Arada Bakıya gələn sənətçi bəzən toylarda və şou proqramlarda iştirak edir.

BAKU.WS
VİDEO