Leyla və Arzu Əliyevalar Bakı Bulvarında mövsümi güllərin əkilməsi aksiyasında iştirak ediblər
İyunun 26-da Bakı Bulvarında mövsümi güllərin əkilməsi aksiyası keçirilib.
BAKU.WS AZƏRTAC-a istinadən xəbər verir ki, aksiyada Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva və Bakı Media Mərkəzinin rəhbəri Arzu Əliyeva iştirak ediblər.
Bakı Bulvarının yaşıllıq sahələrinin zənginləşdirilməsi, ərazidə təbii gözəlliklərin və estetik görünüşün artırılması məqsədilə təşkil olunan aksiyada xüsusi landşaft kompozisiyalarına uyğun olaraq müxtəlif növ minlərlə mövsümi gül əkilib.
Heydər Əliyev Fondunun "Regional İnkişaf" İctimai Birliyinin könüllüləri ilə birgə keçirilən aksiya ekoloji təşəbbüslərdə fəal iştirakın təşviqi, ətraf mühitə məsuliyyətli münasibətin formalaşdırılması və Dənizkənarı Milli Parkın yaşıl məkan kimi qorunması, onun inkişafına ictimai dəstəyin artırılması baxımından əhəmiyyət daşıyır.
Qalereya
Oxşar xəbərlər
Rusiyadan Ermənistana Azərbaycandan tranzit keçməklə buğda göndərilib
Rusiyadan Ermənistana Azərbaycandan tranzit keçməklə növbəti tədarük həyata keçirilib. BAKU.WS "Report"a istinadən xəbər verir ki, 6 vaqondan ibarət, çəkisi 420...